Cəmiyyət
Zaqatalanın ən böyük kəndinin BİTMƏYƏN DƏRDİ - VİDEO
Zaqatala rayonunun ən böyük kəndi hesab edilən Cardakı mövcud problemlər yerli sakinlərin narazılığına səbəb olub. Bu barədə Oxu.Az-a şikayət daxil olub. Şikayətdə qeyd olunub ki, Dost qapısı küçəsində işıqlandırmanın kifayət qədər olmaması həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaradır.
"Xüsusilə axşam saatlarında hərəkət çətinləşir. Yollarımız bərbad gündədir. Küçəmizdə o qədər çuxur var ki, hərəkət etmək olmur. Ən çox əziyyət çəkən də yaşlı insanlar və uşaqlardır. Problemimizlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsək də, tədbir görən olmayıb", - deyə müraciətdə qeyd olunub. Oxu.Az-ın sorğusuna cavab olaraq Zaqatala Rayon İcra Hakimiyyətindən (RİH) fakt təsdiqlənib. Bildirilib ki, problemin həlli üçün RİH, aidiyyəti qurumlar və kənd bələdiyyəsi tərəfindən birgə komissiya yaradılıb. "Problem qısa müddətdə həllini tapacaq. Həm asfaltlaşma, həm işıqlandırma ilə bağlı tədbirlər görüləcək. Hazırda məsələnin həll olunması ilə bağlı işlər aparılır", - deyə məlumatda bildirilib.

Mənbə
oxu.az