Cəmiyyət

Saleh Səmədovun həbs müddəti uzadıldı

19 Mar 2026, 12:30 2 baxış
Saleh Səmədovun həbs müddəti uzadıldı

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.


Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.


Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.


Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.


Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.


O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər