İqtisadiyyat

Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO

19 Mar 2026, 10:38 1 baxış
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, taxılın ümumi çəkisi 488 tondur. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. Sonuncu dəfə martın 11-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 1 023 ton Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı yola salınıb.
{{gallery}} Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl tədarükü həyata keçiriləcək. Bu barədə Oxu.Az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (ADY) məlumat verilib. Bildirilib ki, 7 vaqondan ibarət, çəkisi 488 ton olan taxıl bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər