Cəmiyyət

Gəncə xəstəxanasında "innovasiya" - Lift işləmirsə, xəstəni xərəkdə özün qaldır

19 Mar 2026, 09:32 2 baxış
Gəncə xəstəxanasında "innovasiya" - Lift işləmirsə, xəstəni xərəkdə özün qaldır
Gəncədə yerləşən xəstəxanalardan birində liftin işləməməsi ciddi narahatlığa səbəb olub. Oxu.Az-a daxil olan görüntülərdə xəstənin xərəkdə bir neçə nəfər tərəfindən pilləkənlərlə yuxarı qaldırıldığı əks olunub. Görüntülərdən aydın olur ki, xəstəni müşayiət edən şəxslər onu böyük çətinliklə mərtəbələr arasında daşıyırlar.

İddialara görə, tibb müəssisəsində liftin işləməməsi səbəbindən xəstələrin daşınması bu şəkildə həyata keçirilir ki, bu da həm xəstə, həm də onu daşıyan şəxslər üçün ciddi risk yaradır. Məsələ xüsusilə ağır vəziyyətdə olan pasiyentlər üçün həyati təhlükə yaradır. Belə hallarda xəstənin vaxtında əməliyyata çatdırılması və ya müvafiq şöbəyə yerləşdirilməsi çətinləşir. Qeyd edək ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər