Cəmiyyət
Keçmiş məcburi köçkün: "Artıq biz də öz evimizə, yurdumuza qayıdırıq"
"Birinci Qarabağ müharibəsi qazisiyəm, çox sevinirəm ki, uğrunda canımızı verdiyimiz torpağımız bu gün azaddır və biz öz yurdumuza qayıdırıq". Bu sözləri Oxu.Az-a açıqlamasında Xocavənd şəhərinə qayıdan keçmiş məcburi köçkün Zahid Əliyev deyib. O bildirib ki, ən böyük arzusu uğrunda qazi olduğu doğma yurda qayıtmaq olub: "Bu gün doğma həyat yoldaşımla Xocavəndə köçürəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Prezidentimizin uğurlu siyasəti və dəmir yumruğu sayəsində 30 ildən çoxdur işğal altında qalan torpaqlarımız azad edildi. Qısa müddət ərzində torpaqlarımızda abadlıq, quruculuq işləri aparıldı, şəhərlər salındı. Artıq biz də öz evimizə, yurdumuza qayıdırıq".
Mənbə
oxu.az