Cəmiyyət

Alimlər qan xərçənginin gənclərə təsir edən nadir və ölümcül alt tipini aşkarladılar

19 Mar 2026, 06:16 2 baxış
Alimlər qan xərçənginin gənclərə təsir edən nadir və ölümcül alt tipini aşkarladılar
Yapon mütəxəssislər yeniyetmə və gənclərdə tez-tez rast gəlinən qan xərçənginin (leykoz) yeni və olduqca təhlükəli alt tipini aşkar ediblər. Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə tədqiqat qrupunun rəhbəri Keniti Yosida açıqlama verib. Söhbət T-hüceyrəli kəskin limfoblast leykozun nadir formasından gedir. Tədqiqatçılar qeyd edirlər ki, bu alt tipə yoluxan xəstələrdə proqnozlar indiyədək qeyri-qənaətbəxş olub - xəstəliyin qayıtması (residiv) və ölüm halları daha çox müşahidə edilib. Lakin bu tipin dəqiq müəyyənləşdirilməsi artıq hematopoetik kök hüceyrələrin transplantasiyası da daxil olmaqla, daha effektiv müalicə üsullarının seçilməsinə imkan yaradır. Bu isə sağalma şansını əhəmiyyətli dərəcədə artırır. Alimlər mindən çox xəstəlik halını təhlil edərək, yaşları 7-35 arasında olan 14 xəstədə məhz bu yeni alt tipi aşkarlayıblar. Məlum olub ki, standart müayinələr bu xəstəliyi üzə çıxarmaq üçün kifayət etmir, diaqnozun dəqiqləşdirilməsi üçün müasir genetik analiz metodları (sekvenləşdirmə) tələb olunur. Xəstəliyin niyə məhz yeniyetmələrə və gənclərə daha çox təsir etməsinin səbəbləri hələlik sirr qalsa da, mütəxəssislər ümid edirlər ki, bu kəşf gələcəkdə daha mükəmməl müalicə protokollarının hazırlanmasına yol açacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər