Cəmiyyət

Xocalı sakini: "Onilliklərdir arzuladığımız günü yaşayırıq"

19 Mar 2026, 06:40 2 baxış
Xocalı sakini: "Onilliklərdir arzuladığımız günü yaşayırıq"
"34 ildir ki, bu anı hər gün arzulayırıq. Onilliklərdir arzuladığımız günü yaşayırıq, çox sevincliyik". Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Xocalı rayonunun Xanabad kəndinə qayıdan keçmiş məcburi köçkün Anjela Həsənova deyib. "Cənab Prezidentimizə bizə bu sevinci yaşatdığına görə keçmiş məcburi köçkünlər adından öz təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin. Vətənimizdə həmişə sabitlik, əmin-amanlıq olsun. Bundan gözəl xoşbəxtlik ola bilməz. Allah müzəffər Ordumuzu qorusun", - deyə A.Həsənova bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər