Cəmiyyət
Şəhid oğlu: "Ailəm və uşaqlarımla Xocavəndə qayıdıram"
"Xocavənddən üç yaşında çıxmışdım, indi ailəm və uşaqlarımla qayıdıram". Bu sözləri Oxu.Az-a açıqlamasında Xocavənd şəhərinə qayıdan keçmiş məcburi köçkün Rüstəm Talıbov deyib. O bildirib ki, doğma yurdundan anası ilə birlikdə çıxıb: "İndi altı nəfərlik ailə üzvümlə qayıdıram. Çox sevincliyəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. İllərdir bu günün həsrəti, arzusu ilə yaşamışıq. Bizə bu gözəl günləri yaşatdığına görə Prezidentimizə minnətdarıq. Bir şəhid övladı üçün doğma yurda qayıtmaqdan böyük xoşbəxtlik yoxdur".
Mənbə
oxu.az