Cəmiyyət

"İlaxır çərşənbənin səhəri su üstünə gələrlər" - Lənkəranlılar Novruz ənənəsindən danışdılar - VİDEO

18 Mar 2026, 22:36 2 baxış
"İlaxır çərşənbənin səhəri su üstünə gələrlər" - Lənkəranlılar Novruz ənənəsindən danışdılar - VİDEO
Cənub bölgəsində İlaxır çərşənbənin səhəri daha təmtəraqla qeyd olunur. Bu günün ən maraqlı və qədim adətlərindən biri isə səhər tezdən çay üstünə getməkdir. Lənkəranlılar bu ənənə haqqında Baku TV-yə danışıblar.
"İlaxır çərşənbənin səhərisi su üstünə gələrək axar sudan götürüb evə aparırlar. Həyət-bacaya, ev-eşiyə səpərlər ki, aydınlıq olsun, ruzili və bərəkətli olsun. Beləliklə, ilin gözəl keçməsi arzu edilir", - sakinlərdən biri qeyd edib. "Saat 8-də su üstünə gəlirlər. "Ağırlığını, uğurluğunu, dərd və bəlanı su aparsın" deyirlər", - başqa bir sakin əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər