Cəmiyyət

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

18 Mar 2026, 22:04 2 baxış
SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Müharibənin indiki mərhələsində ABŞ və İsrail fərqli hərbi-siyasi hədəflər seçiblər. ABŞ Hörmüz boğazının blokadadan çıxarılması və İranın nüvə proqramının məhv edilməsi ilə məşğuldur. Pentaqon B-1 və B-2 tipli bombardmançılardan istifadə edərək, boğaz boyunca ağır bombalar yağdırır ki, həmin ərazidən raketlər, dronlar və minaların yerləşdirilməsi üçün istifadə olunan kiçik qayıqlar buraxıla bilməsin. ABŞ paralel şəkildə nüvə proqramının yeraltı hissəsinin məhv edilməsinə başlayır.


Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.


“İsrail isə rejimin cəza və idarəedici qüvvələrinin məhv edilməsinə fokuslanıb. Əvvəlcə böyük toplanma nöqtələrini vururdularsa, indi artıq ayrı-ayrı blok-postların, nəqliyyat vasitələrinin və s. dəqiq şəkildə məhv edilməsinə keçiblər, yəni nöqtəvi əməliyyatlar aparılır.


SEPAH və “Bəsic” qüvvələrinin bütün əsgər və zabitlərinə İsraildən silahı yerə qoymağa çağıran SMS-lər göndərilir.


İsrail çalışır ki, rejim ya əməliyyat zamanı, ya da onun bitməsindən sonra çöksün və bu proses geridönməz hala gətirilsin”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər