Cəmiyyət

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

18 Mar 2026, 21:40 2 baxış
Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

Martın 18-də Alyona Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Dənizkənarı Milli Park ərazisində təşkil olunmuş Novruz yarmarkasını ziyarət ediblər.


Axar.az xəbər verir ki, qonaqlar yarmarkada təşkil olunmuş köşklərə baş çəkib, təamların dadına baxıblar.


Azərbaycanda ilk inklüziv kafe olan "Kaşalata"nın köşkünün fəaliyyəti də diqqətdə saxlanılıb, kafenin əməkdaşlarına təbriklər ünvanlanıb, fəaliyyətlərində uğurlar arzulanıb.


Qonaqlar yarmarka ərazisində təşkil olunan əyləncə məkanına da baş çəkib, hədiyyəli yarışda özlərini sınayıblar.


Alyona Əliyeva ziyarətçilər və iştirakçılarla şəkillər çəkdirib, ona hədiyyələr təqdim olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər