Cəmiyyət
Yeni Günəşlidə su xətti yenidən partladı: Sakinlər boruların keyfiyyətsizliyindən şikayətçidirlər - VİDEO
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi D massivindəki 29 saylı binanın qarşısında içməli su xətti partlayıb. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti quruma dəfələrlə müraciət etsələr də, problem müvəqqəti həll edilib. Buna görə də bir müddət sonra eyni hal yenidən təkrarlanıb.
"Çəkilən borular keyfiyyətsizdir. Həftədə bir dəfə partlayır. Blokların qarşısı sudur", - deyə sakin şikayətini dilə gətirib. Yaranmış vəziyyətlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Baku TV-yə bildirilib ki, qeyd olunan ünvanda içməli su xəttində baş verən qəza ilə bağlı əraziyə Suraxanı Sukanal İdarəsinin qəza briqadası cəlb edilib. Xəttin təmiri və bərpası istiqamətində işlər görülür.

Mənbə
oxu.az