Cəmiyyət

Böyükşorda qurğu tikilir: əhaliyə kompensasiya veriləcək

18 Mar 2026, 19:19 2 baxış
Böyükşorda qurğu tikilir: əhaliyə kompensasiya veriləcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Böyükşor Tullantı Sutəmizləyici Qurğusunun (TSTQ) tikintisi istiqamətində işlərə başlayıb.


Axar.az APA-ya istinadən xəbər verir ki, qurğunun tikinti layihəsinin altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərə görə, kompensasiya hesablanacaq.


Paralel olaraq, Salyan şəhərində 11 tullantı su nasos stansiyasının, Xaçmazda 6 ədəd kiçik sututarın tikintisi isitqamətində də işlərə başlanılıb.


Sözügedən ərazilərdə də tikinti layihələri altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərə görə, kompensasiya hesablanacaq.


Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Böyükşor hövzəsində Böyükşor gölü yaxınlığında gücü 157500 m3/gün olan yeni TSTQ-nın (tullantı sularının təmizləyici qurğusu) inşası təklif edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər