Cəmiyyət

AYB-nin Həmkarlar İttifaqına yeni sədr seçildi

18 Mar 2026, 18:20 2 baxış
AYB-nin Həmkarlar İttifaqına yeni sədr seçildi
Jurnalist Faiq Balabəyli Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqına sədr seçilib. Bu barədə Oxu.Az-a F.Balabəyli özü məlumat verib. O bildirib ki, bu gün qurumun növbəti iclası keçirilib və onun namizədliyi irəli sürülüb: "Məndən qabaq ittifaqa tanınmış şair Firuzə Məmmədli rəhbərlik edirdi. Bir müddət əvvəl o bu vəzifədən istefa vermişdi. Mənim də namizədliyimi irəli sürdülər, etiraz etmədim. Özümü bu vəzifəyə hazır bilirəm. Təklif səsverməyə qoyuldu və mən sədr seçildim. Ümid edirəm ki, bu etimadı doğruldacağam".
Mənbə oxu.az

Oxşar Xəbərlər