Cəmiyyət

Bu gecə Xırdalanın bu ərazilərində işıq olmayacaq

18 Mar 2026, 18:32 2 baxış
Bu gecə Xırdalanın bu ərazilərində işıq olmayacaq

Bu gecə Abşeron rayonunun Xırdalan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Bu barədə Axar.az-a "Azərişıq" ASC-dən məlumat verilib.


Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə martın 19-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir-təftiş işləri aparılacaq.


Bununla əlaqədar olaraq saat 00:30-dan 02:30-dək Zimistan Qurbanov, Səttar Bəhlulzadə, Vəli Axundov, Həsən Əliyev, Rövşən Əliyev, Əhməd Cavad, Nizami, Rəşid Behbudov küçələri və Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər