Cəmiyyət

Prezidentdən Mixail Zabelinlə bağlı sərəncam

18 Mar 2026, 17:46 2 baxış
Prezidentdən Mixail Zabelinlə bağlı sərəncam

Mixail Yuryeviç Zabelin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.


Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.


Bu orden ona Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.


Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatı Zabelin Mixail Yuryeviçin sabah 80 yaşı tamam olur.

Mənbə axar.az

Oxşar Xəbərlər