İqtisadiyyat
Ermənistan və Azərbaycan biznes nümayəndələri konkret məhsul üzrə danışıqlar aparırlar
"Ermənistan və Azərbaycandakı biznes nümayəndələrinin danışıqlar apardığı konkret bir məhsul var". Oxu.Az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan martın 18-də Parlamentdə bu barədə danışıb. "Biz təklif vermişik və indi hər iki tərəfdəki biznes nümayəndələrinin artıq danışıqlar apardığı və müzakirə etdiyi konkret bir məhsul var", - deyə nazir Ermənistanın Azərbaycana nə təklif etdiyi və Azərbaycanın Ermənistandan nə ala biləcəyi ilə bağlı suala cavab olaraq bildirib.
Mənbə
oxu.az