Cəmiyyət
ABŞ və İsrail İranda məhkəmə binasını vurdu: ölənlər var
ABŞ və İsrail İranın Fars əyalətində məhkəmə binasına zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Zərbələr nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Qeyd olunub ki, zərbə bu gün səhər vətəndaşların qəbul saatlarında baş verib.
Ölən və xəsarət alanların dəqiq sayı hazırda məlum deyil.
Mənbə
axar.az