Cəmiyyət

Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi

18 Mar 2026, 13:58 2 baxış
Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi

Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) satınalma komissiyasına yeni sədr təyin olunub.


Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, ADHTİ-nin rektoru, tibb elmləri doktoru Nazim Əliyevin müvafiq əmri ilə İnstitutun İnzibati işlər üzrə prorektoru Röyal Süleymanov sözügedən vəzifəyə gətirilib.


Qeyd edək ki, Röyal Süleymanov 2025-ci ilin sentyabrından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inzibati işlər üzrə prorektoru təyin olunmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər