İqtisadiyyat

ABŞ-nin dövlət borcu ilk dəfə 39 trilyon dolları ötüb

18 Mar 2026, 13:56 1 baxış
ABŞ-nin dövlət borcu ilk dəfə 39 trilyon dolları ötüb
Amerika Birləşmiş Ştatlarının dövlət borcu tarixdə ilk dəfə olaraq 39 trilyon dollarlıq həddi ötüb. Oxu.Az-ın məlumatına əsasən, bu göstərici qeyri-rəsmi statistik hesablama platformalarında qeydə alınıb. Birləşmiş Ştatların Maliyyə Nazirliyinin rəqəmlərinə əsasən, ölkənin milli borcu ötən il oktyabrın 21-də, yəni təqribən beş ay öncə ilk dəfə 38 trilyon dollarlıq səviyyəni aşmışdı. Nazirliyin martın 16-na olan rəsmi hesabatında isə bu göstərici 38.992 trilyon dollar olaraq qeyd edilib. Bununla belə, ABŞ-nin borc dinamikasını canlı nümayiş etdirən məşhur "USdebtclock" onlayn platformasının məlumatlarına görə, məbləğ yeni tarixi səddi keçərək artım tempini saxlayıb və hazırda 39.003 trilyon dollara çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər