Cəmiyyət

Onlar ali məktəblərə imtahansız qəbul ola biləcək

18 Mar 2026, 13:52 2 baxış
Onlar ali məktəblərə imtahansız qəbul ola biləcək

Azərbaycanda incəsənət olimpiadasının qalibləri ali məktəblərə imtahansız qəbul ediləcəklər.


Axar.az Report-a istinadla xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.


Onun sözlərinə görə, gələn ildən ölkədə incəsənət olimpiadası keçiriləcək:


"Elm və Təhsil Nazirliyi ilə əldə edilən razılığa əsasən, Uşaq İncəsənət Festivalı növbəti ildən incəsənət olimpiadası formatında keçiriləcək. Nəticədə qaliblər ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər".

Mənbə axar.az

Oxşar Xəbərlər