Cəmiyyət

Bakıda sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO

18 Mar 2026, 12:40 2 baxış
Bakıda sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Bakı şəhəri, Binəqədi rayonunda betonqarışdıran avtomobil asfalt örtüyünə ziyan vurub. Oxu.Az xəbər verir ki, sözügedən məsələ təhlükəsizlik kameraları və vətəndaşlar tərəfindən mobil telefon vasitəsilə qeydə alınıb. Görüntülərdə "Baksol yolu" deyilən ərazidən keçən 77-XS-192 nömrə nişanlı betonqarışdıran maşından asfalt örtüyünə beton dağılması, sürücünün buna baxmayaraq, nəqliyyat vasitəsini saxlamaması əks olunub.
Vətəndaşların sözlərinə görə, bu hal baş verdikdən sonra asfalt örtüyü yararsız vəziyyətə düşür. Sözügedən vəziyyət sakinlərin narazılığına səbəb olub. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər