Cəmiyyət
Bayram günlərində metronun İŞ QRAFİKİ DƏYİŞƏCƏK
Novruz və Ramazan bayramları ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir. Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, bayram günlərində ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq. 20-21, 25-28 və 30 mart tarixlərində intervallar: "28 May" - "Əhmədli" istiqamətində 2.5 dəqiqə 22-24 və 29 mart tarixlərində: Eyni istiqamətdə 3 dəqiqəyədək Digər sahələr üzrə (20-31 mart): "Həzi Aslanov" - "Əhmədli": 7 dəqiqə "Avtovağzal" - "8 Noyabr": 7 dəqiqə "Avtovağzal" - "Xocəsən": 14 dəqiqə təşkil edəcək. Qeyd edilib ki, sərnişin təhlükəsizliyi üçün nəzarət tədbirləri gücləndiriləcək.
Mənbə
oxu.az