Cəmiyyət

Hövsan qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

18 Mar 2026, 09:40 2 baxış
Hövsan qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
Bu gün Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 366 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 16:00-dək Hövsan qəsəbəsi Elman Qasımov, Elçin Məmmədov, Oqtay Şabanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər