Digər

Livanda ölənlərin sayı 900-ü ötdü

17 Mar 2026, 20:19 2 baxış
Livanda ölənlərin sayı 900-ü ötdü

Bu günə qədər İsrail ordusunun hücumları nəticəsində Livanda ölənlərin sayı 912 nəfərə çatıb.


Axar.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin məlumatında deyilir.


"Martın 2-dən 17-dək İsrailin Livana endirdiyi zərbələr 912 nəfərin həyatına son qoyub, 2221 nəfər isə yaralanıb", - məlumatda bildirilib.


Qeyd olunub ki, Yaxın Şərqdə gərginliyin artması genişmiqyaslı humanitar böhrana gətirib çıxarıb - yüz minlərlə insan məcburi olaraq evlərini tərk edir.

Mənbə axar.az

Oxşar Xəbərlər