Digər

Kubaya hər cür dəstək olacağıq - Kreml

17 Mar 2026, 16:07 2 baxış
Kubaya hər cür dəstək olacağıq - Kreml

Rusiya ciddi humanitar problemlərlə üzləşən Kubaya bütün mümkün yardımı göstərməyə hazırdır, bu məsələlər həll olunur.


Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.


“Kuba ölkəyə tətbiq edilən boğucu embarqo səbəbindən böyük iqtisadi çətinliklərlə üzləşən müstəqil, suveren bir dövlətdir”, - o bildirib.


Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp “Kubanı ələ keçirmək” şərəfinə nail olacağını bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər