Cəmiyyət
Bülbülədə reklam lövhəsinin sökülməsi narazılıq yaratdı: Agentlikdən AÇIQLAMA - VİDEO
Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində sahibkara məxsus obyektin qarşısındakı reklam lövhəsinin sökülməsi narazılığa səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb. Kadrlarda sahibkar reklam lövhəsinin qərəzli şəkildə söküldüyünü iddia edir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Reklam Agentliyindən (ADRA) bildirilib ki, Bülbülə qəsəbəsi, S.Bəhlülzadə küçəsində sahibkar tərəfindən yerləşdirilən reklam konstruksiyası icazəsiz quraşdırılıb. "Reklamın qanunvericiliyin tələblərinə uyğun olmaması barədə ADRA tərəfindən sahibkara rəsmi xəbərdarlıq olunub və həmin reklamın müvafiq tələblərə uyğunlaşdırılması bildirilib. Sahibkar tərəfindən göstərilən digər obyektlər üzərində yerləşdirilən reklamlarda isə qanunvericiliyin tələbləri pozulmayıb. Kobudluq qarşı tərəfdən olunub, müfəttiş isə öz işini icra edib. Qeyd etmək lazımdır ki, icazə sənədləri olmadan reklamın yerləşdirilməsi İnzibati Xətalar Məcəlləsinin (İXM) 428.7-ci maddəsinə əsasən aşağıdakı məsuliyyətə səbəb olur: Fiziki şəxslər üçün 300-500 manat məbləğində, vəzifəli şəxslər üçün 1 500-2 500 manat məbləğində, hüquqi şəxslər üçün isə 5 000-10 000 manat məbləğində cərimə nəzərdə tutulub", - deyə məlumatda vurğulanıb.

Mənbə
oxu.az