Digər

SEPAH Kürdüstanda 4 nəfəri güllələdi

17 Mar 2026, 12:33 2 baxış
SEPAH Kürdüstanda 4 nəfəri güllələdi

İranın Kürdüstan əyalətinin Banə şəhərində SEPAH üzvləri şəxsi minik avtomobilinə atəş açıblar.


Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.


Atəş nəticəsində Arman Xaliqpənah adlı şəxs həlak olub, 3 nəfər isə yaralanıb.


Yaralılar həbs edilərək naməlum istiqamətdə aparılıblar.


Rəsmi məlumatlarda ölən və yaralanan şəxslərin kürd silahlı qruplaşmalarına yaxın olduqları iddia edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər