Cəmiyyət
Doğma yurduna qayıdan Ağdərə sakini: "İşğal zamanı hər iki valideynim şəhid olub"
"34 il əvvəl Ağdərə rayonunu məcburi tərk etmişik. Bu gün həmin torpaqlara geri qayıtmaq böyük xoşbəxtlikdir". Bu sözləri Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün Arifə İsmayılova deyib. O, həm sevindiyini, həm də kədərləndiyini bildirib: "Çünki işğal zamanı hər iki valideynim şəhid olub. Bəzi qohumlarım itkin düşüb. Ona görə də sevindiyim qədər, həm də kədərliyəm. Ailə üzvlərimizin hamısı ilə bir yerdə 34 il əvvəl tərk etdiyimiz torpaqlara qayıtmaq isə bizi ancaq sevindirə bilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin". Mərahim Nəsib
Mənbə
oxu.az