İqtisadiyyat
Nadejda Neynski: "Bolqarıstan Azərbaycanla bağlanmış müqavilələr sayəsində əlverişli vəziyyətdədir"
"Bolqarıstan ABŞ-nin Hörmüz boğazının hərbi müdafiəsi təşəbbüsünə qoşulmayacaq, çünki lazımi resurslara malik deyil və rəsmi dəvət almayıb. Ölkəmizə enerji tədarükləri təhlükəsiz olaraq qalır, çünki onlar əsasən Qara dəniz vasitəsilə həyata keçirilir". Oxu.Az "Bgnes" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Bolqarıstanın xarici işlər naziri vəzifəsini icra edən Nadejda Neynski deyib. "Tədarükümüzün əhəmiyyətli hissəsi Hörmüz boğazından deyil, Qara dəniz vasitəsilə gəlir. Bundan əlavə, Azərbaycanla uzunmüddətli müqavilələrimiz sabit qiymətlərlə bağlanıb ki, bu da neft böhranı ilə əlaqədar daha əlverişli vəziyyətdə olmağımıza imkan verir", - deyə o vurğulayıb.
Mənbə
oxu.az