İdman

A Seriyası: "Milan" "Latsio" ilə bacarmadı - VİDEO

16 Mar 2026, 02:01 1 baxış
A Seriyası: "Milan" "Latsio" ilə bacarmadı - VİDEO
İtaliya A Seriyasının 29-cu turunda "Latsio" ilə "Milan" arasında keçirilən oyun başa çatıb. Qarşılaşma Romadakı "Olimpiko" stadionunda baş tutub. Oyunun baş hakimi Marko Guida olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Qustav İsaksen vurub. Roma təmsilçisinin hücumçusu qarşılaşmanın birinci hissəsində, 26-cı dəqiqədə fərqlənib.
29 turdan sonra "Latsio" 40 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Milan" isə 60 xal toplayaraq A Seriyasının turnir cədvəlində ikinci yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər