İdman
Avropa Açıq Turniri: Son yarış günündə Azərbaycanın daha iki cüdoçusu fəxri kürsüdə yer alıb
Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başa çatıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb. Son yarış günündə milli komandamızın daha 2 üzvü fəxri kürsüdə yer alıb. +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala layiq görülüb. -100 kq çəkidə çıxış edən Elmar Qasımov isə bürünc mükafata sahib çıxıb. Xatırladaq ki, ötən gün Tofiq Məmmədov (-66 kq) üçüncü yeri tutmuşdu.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az