İdman

Daha bir güləşçimiz Avropa çempionu oldu

15 Mar 2026, 23:03 1 baxış
Daha bir güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının qalibi olub.


Axar.az xəbər verir ki, o, finalda gürcüstanlı rəqibi Tornike Mikeladzeni 3:2 hesabı ilə üstələyib.


Bununla da turnirdə Azərbaycanın Avropa çempionlarının sayı 3-ə çatıb.


Daha əvvəl Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu adını qazanıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər