İqtisadiyyat

Bazara 412 milyon barrel neft çıxarılacaq

15 Mar 2026, 22:01 1 baxış
Bazara 412 milyon barrel neft çıxarılacaq

Yaxın vaxtlarda Beynəlxalq Enerji Agentliyinin (BEA) tərkibinə daxil olan dövlətlərin strateji ehtiyatlarından qlobal bazara təxminən 412 milyon barrel neft yönəldiləcək.


Axar.az Report-a istinadən xəbər verir ki, bu tədbir Yaxın Şərqdəki silahlı münaqişə və Hörmüz boğazının bağlanması nəticəsində yaranan qiymət təzyiqini zəiflətmək məqsədilə görülüb.


Məlumata görə, sərbəst buraxılan həcmlərin 72%-ni (təxminən 296,5 milyon barrel) xam neft təşkil edəcək, qalan 28%-i isə (təxminən 115 milyon barrel) neft məhsullarının payına düşəcək.


"BEA-ya üzv ölkələrin Asiya-Sakit okean regionundakı ehtiyatları ən qısa müddətdə istifadəyə veriləcək, Şimali və Cənubi Amerika, eləcə də Avropa ölkələrindən olan iştirakçıların ehtiyatları isə martın sonundan etibarən tədarük edilməyə başlanacaq", - sənəddə qeyd olunur.


Əsas payı - təxminən 196 milyon barrel - Amerika qitəsi dövlətləri təmin edəcək, həm də yalnız xam neft şəklində. 172 milyon barreldən çox həcmin dövlət anbarlarından, daha 23,6 milyon barrelin isə alternativ mənbələrdən çıxarılması planlaşdırılır.


Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər