İdman

Bir vaxtların nəhəngi indi böhranda: İtaliya futbolu çökür

15 Mar 2026, 20:12 1 baxış
Bir vaxtların nəhəngi indi böhranda: İtaliya futbolu çökür
İtaliya futbolu dərin böhran içindədir. İllər keçdikcə "kalço" həvəskarları üçün mənzərə daha da qaranlıqlaşır. Bu gün italyanların Çempionlar Liqasının 1/8 final mərhələsində cəmi bir təmsilçisi qalıb. Yalnız "Atalanta" ölkə futbolunun qürurunu qitənin ən mötəbər klub turnirində qorumağa çalışır. Avropa Liqasında isə iki İtaliya klubu - "Roma" və "Bolonya" bu mərhələdə bir-biri ilə üz-üzədir. Nəhayət, Konfrans Liqasında ölkəni yalnız "Fiorentina" təmsil edir. Maraqlıdır ki, bu komanda daxili çempionatda elitada qalmaq uğrunda mübarizə aparır. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: Vəziyyət yığma komandalar səviyyəsində də ürəkaçan deyil. Yığma yenidən dünya çempionatından kənarda qalmaq təhlükəsi ilə üz-üzədir. Mundialda iştirakçıların sayı 48-ə qədər artırılsa belə, risk aradan qalxmayıb. İtalyanlar dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off sınağından keçməli olacaqlar.
FiasKO Hətta indidən - mövsüm hələ başa çatmamış İtaliya klublarının Avropa macərasını uğursuz saymaq olar. Burada ilk növbədə diqqəti Çempionlar Liqasına yönəltmək lazımdır. İtalyanların bu turnirdə dörd təmsilçisi olsa da, hazırda onlardan cəmi biri qalıb. Son çempion "Napoli"nin çıxışı tamamilə uğursuz alındı. Hətta azlıqda qalan "Kopenhagen"ə güc gəlməyi bacarmayan neapollular liqa mərhələsini "24-lük"dən kənarda başa vurdular. "Yuventus", "İnter" və "Atalanta" isə "Napoli"dən fərqli olaraq pley-off mərhələsinə yüksələ bildilər. Lakin bu üçlükdən yalnız berqamolular Dortmund "Borussiya"sı səddini aşmağı bacardı. Çempionlar Liqasının son finalçısı "İnter" üçün isə gedişat daha da acınacaqlı oldu. Milan təmsilçisi hər iki oyunda turnirin debütantı "Bodo Qlimt"ə uduzaraq mübarizəni dayandırdı. "Yuventus" isə Türkiyə təmsilçisi "Qalatasaray"a ilk oyunda böyük hesabla məğlub olsa da, cavab qarşılaşmasında cütün taleyini əlavə vaxta qədər aparmağı bacardı. Lakin azlıqda oynayan Luçano Spallettinin komandasının bundan artığına gücü çatmadı.
Beləliklə, Avropanın əsas klub futbol turnirində İtaliyadan yalnız "Atalanta" var. Lakin onlar da 1/8 finalın ilk oyununda evdə "Bavariya"ya 1:6 hesabı ilə uduzmaqla demək olar ki, turnirlə indidən vidalaşıblar. "Buzovlar ölkəsi" idmanda daha çox futbolu ilə diqqət çəkir. Ancaq bu mövsüm İtaliya klublarının Avropa macərasını təsvir etmək üçün futbol yox, boks terminləri daha uyğundur. Çünki meydandakı mənzərə bir şeyi xatırladır: KO - nokaut. İtalyanlar özləri buna "fiasKO" deyərdilər.
Çöküşün səbəbləri nələrdir? İtaliya futbolunun hazırkı vəziyyətini bir sıra problemlərlə əlaqələndirmək olar. Bunların başında isə investisiyanın azalması dayanır. Son illərdə A Seriyası maliyyə baxımından digər "Böyük beşlik" çempionatları ilə rəqabətdə açıq-aşkar geridə qalır. İngiltərə, İspaniya və hətta Almaniya klubları sponsorluq müqavilələri, televiziya hüquqları və investor marağı baxımından daha güclü mövqeyə malikdir. Problemin digər tərəfi infrastrukturla bağlıdır. İtaliyada stadionların böyük hissəsi köhnədir və müasir futbolun kommersiya tələblərinə cavab vermir. Bu da klubların oyun günü gəlirlərini məhdudlaşdırır. Halbuki digər aparıcı çempionatlarda yeni stadionlar və kommersiya layihələri klubların büdcəsinə ciddi gəlir gətirir. Bürokratik əngəllər klubların stadion inşa etməsinə maneə yaradır.
"Kiçik dünya çempionatı"ndan "qocalar evi"nə İnvestisiyanın azalması İtaliya klublarını transfer bazarında çox vaxt məhdud büdcə ilə hərəkət etməyə məcbur edir. Bunun nəticəsində komandalar ulduz futbolçuları heyətdə saxlamaqda çətinlik çəkir, ən yaxşı oyunçular qısa müddətdən sonra daha imkanlı liqalara üz tuturlar. Bir vaxtlar hətta turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların belə dünya səviyyəli futbolçulara sahib olduğu, "kiçik dünya çempionatı" adlandırılan A Seriyası bu gün tamamilə fərqli mənzərə ilə üz-üzədir. İndi bu liqa sanki karyerasının qürub çağını yaşayan futbolçular üçün son dayanacaqlardan birinə çevrilib.
Bu mövsüm 40 yaşlı Luka Modriçin "Milan"da mühüm rol oynaması da həmin tendensiyanın son nümunələrindən biri kimi göstərilə bilər. Bir zamanlar dünyanın ən parlaq ulduzlarının toplandığı A Seriyası artıq əvvəlki cazibəsini xeyli itirib. Bir gül ilə bahar olmaz Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə altı komanda ilə təmsil olunur. İtaliyadan isə cəmi bir klub - "Atalanta" yarışda mövcudluğunu qorumağa çalışır. Bu fakt özü çox şeyi izah edir.
"Atalanta"nın son illərdə göstərdiyi nəticələr, şübhəsiz ki, təqdirəlayiqdir. Lakin bir klubun uğuru digər böyük komandaların problemlərini kölgədə qoymamalıdır.
Əgər yaxın illərdə ciddi struktur və maliyyə dəyişiklikləri həyata keçirilməsə, bir vaxtlar Avropa futbolunun mərkəzlərindən sayılan İtaliya futbolunun böhranı daha da dərinləşə bilər. Bu halda "kalço"nun şöhrətli keçmişi yalnız nostalji kimi qalacaq.
Bir vaxtların nəhəngi indi böhranda: İtaliya futbolu çökür Bir vaxtların nəhəngi indi böhranda: İtaliya futbolu çökür Bir vaxtların nəhəngi indi böhranda: İtaliya futbolu çökür Bir vaxtların nəhəngi indi böhranda: İtaliya futbolu çökür Bir vaxtların nəhəngi indi böhranda: İtaliya futbolu çökür Bir vaxtların nəhəngi indi böhranda: İtaliya futbolu çökür Bir vaxtların nəhəngi indi böhranda: İtaliya futbolu çökür
Mənbə oxu.az

Oxşar Xəbərlər