İdman

“Turan” “Kəpəz”lə bacara bilmədi

15 Mar 2026, 17:15 1 baxış
“Turan” “Kəpəz”lə bacara bilmədi

Azərbaycan Premyer Liqasının XXIV turunda “Kəpəz” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.


Axar.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.


Tural Qurbanovun idarə etdiyi görüşdə ilk qolu 55-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Rəhman Hacıyev vurub. 6 dəqiqə sonra isə rəqibin heyətində Joarlem Santos hesabı bərabərləşdirib.


Bu nəticədən sonra Qurban Berdıyevin komandası 45 xalla turnir cədvəlinin 3-cü, Azər Bağırovun kollektivi isə 18 xalla 10-cu pillədə qərarlaşıb.


Günün növbəti matçında “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edəcək.


Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər