İdman

Premyer Liqa: XXIV tura yekun vurulur

15 Mar 2026, 10:16 1 baxış
Premyer Liqa: XXIV tura yekun vurulur
Misli Premyer Liqasında XXIV tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq. Oxu.Az xəbər verir ki, əvvəlcə Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Qərb derbisi saat 15:00-da başlayacaq. Ardınca isə "Neftçi" səfərdə "Qəbələ"nin qonağı olacaq. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da start götürəcək. Qeyd edək ki, avrokuboklara iddialı "Turan Tovuz" 44 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 31 xalı olan "Neftçi" yeddinci, 17 xala malik "Kəpəz" isə onuncudur. Gəncəlilərdən bir xal az toplayan "Qəbələ" isə on birinci yerdədir. Misli Premyer Liqası III dövrə, XXIV tur 15 mart 15:00. "Kəpəz" - "Turan Tovuz" Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev. VAR: Rəvan Həmzəzadə. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Azər Əsgərov. Yevlax şəhər stadionu 18:00. "Qəbələ" - "Neftçi" Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov. VAR: Kamal Umudlu. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Rüfət Əmirov. Qəbələ şəhər stadionu Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər