İdman
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Vest Hem Yunayted"lə bacarmadı - VİDEO
İngiltərə Premyer Liqasının 30-cu turunda keçirilən "Vest Hem Yunayted" - "Mançester Siti" oyunu başa çatıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oxu.Az xəbər verir ki, matç London şəhərində yerləşən "London Stadium" stadionunda keçirilib. Oyunun baş hakimi Maykl Oliver olub.
Görüşdə hesabı 31-ci dəqiqədə qonaq komandanın futbolçusu Bernardo Silva açaraq "Mançester Siti"ni önə keçirib. Lakin 35-ci dəqiqədə Konstantinos Mavropanos bərabərlik qolunu vuraraq "Vest Hem Yunayted"ə bir xal qazandırıb. Bu nəticədən sonra "Vest Hem Yunayted" 29 xalla İngiltərə çempionatının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. "Mançester Siti" isə 61 xalla ikinci yerdədir. Növbəti turda "çəkicçilər" martın 22-də səfərdə "Aston Villa" ilə qarşılaşacaqlar. "Şəhərlilər" isə həmin gün Liqa Kubokunun finalında "Arsenal"la üz-üzə gələcəklər.

Mənbə
oxu.az