İdman

Azərbaycan güləşçisi Serbiyada Avropa çempionatında gümüş medal qazandı

14 Mar 2026, 21:42 1 baxış
Azərbaycan güləşçisi Serbiyada Avropa çempionatında gümüş medal qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı (55 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının gümüş medalını qazanıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, o, finalda rusiyalı Alibek Amirova məğlub olub. Qeyd edək ki, bu, U-23 Avropa çempionatında Azərbaycan təmsilçilərinin qazandığı 7-ci gümüş medal olub. Daha əvvəl Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova gümüş medal əldə ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər