İdman

"Qarabağ"dan səfərdə inamlı qələbə

14 Mar 2026, 21:17 1 baxış
"Qarabağ"dan səfərdə inamlı qələbə

Misli Premyer Liqasında XXIV turun daha iki matçı keçirilib.


Axar.az xəbər verir ki, günün ilk qarşılaşmasında Qubada “İmişli” ilə “Sabah üz-üzə gəlib. Görüş “Sabah”ın 5-0 hesablı qələbəsi ilə başa çatıb.


Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edib. Bu görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.


Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran Ağdam klubu ikinci pillədə qərarlaşıb. Meydan sahibləri 39 xalla dördüncü sıradadır.


Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib.

Mənbə axar.az

Oxşar Xəbərlər