İqtisadiyyat
SOCAR və İndoneziya arasında neft-qaz sahəsində əməkdaşlıq müzakirə olundu
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüş keçirib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat İndoneziyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Görüş zamanı iki ölkə arasında neft-qaz və gübrə sahələrində əməkdaşlıq gündəliyində duran məsələlər, həmçinin "Pertamina" (İndoneziyanın dövlət neft şirkəti) ilə SOCAR arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Mənbə
oxu.az