İdman

Premyer Liqa: "Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi - VİDEO

13 Mar 2026, 20:48 1 baxış
Premyer Liqa: "Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi - VİDEO
Misli Premyer Liqasında XXIV tura start verilib. Oxu.Az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gəlib.
Bakıdakı "Liv Bona Dea Arena"dakı qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. 37-ci dəqiqədə Hamidu Keyta, 40-ci dəqiqədə Ba-Muaka Simakala adlarını tabloya yazdırıblar. Qonaqların yeganə qolunu Kayl Spens 51-ci dəqiqədə vurub. Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Araz-Naxçıvan" 5-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" 8 xalla sonuncu - 12-ci sıradadır. Günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək. Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər