İdman
Ulduz futbolçu "Fənərbağça"nı tərk edir
"Fənərbağça"nın ulduz futbolçusu Fred karyerasını yenidən öz vətənində davam etdirə bilər. Oxu.Az xəbər verir ki, Braziliyanın "Atletiko Mineyro" klubu təcrübəli yarımmüdafiəçini öz rənglərinə bağlamaq niyyətindədir. Məlumata görə, "sarı-lacivərdlər" ehtimal olunan bu ayrılığa müsbət yanaşırlar. Belə ki, Türkiyə klubu 33 yaşlı oyunçunun keçidi müqabilində qarşı tərəfdən 12 milyon avro təzminat tələb edir. Xatırladaq ki, İstanbul təmsilçisi Fredi 2023-cü ilin yay transfer pəncərəsində İngiltərənin "Mançester Yunayted" klubundan heyətinə qatıb. Braziliya milli komandasının sabiq üzvü Superliqa klubunun forması ilə çıxdığı 117 rəsmi qarşılaşmada rəqib qapılarından 15 top keçirib və daha 15 məhsuldar ötürmənin müəllifi olub.
Mənbə
oxu.az