İqtisadiyyat
Almaniya Azərbaycandan qaz alan ölkələrin sırasına qoşulub
"2025-ci il ərzində ixrac boru kəmərləri vasitəsilə ümumilikdə 25.2 mlrd. kubmetr qaz ixrac edilib". Oxu.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı çıxışında deyib. "Avropa bazarı ilə yanaşı, yeni istiqamətlər üzrə əməkdaşlıq inkişaf etdirilib və ilk dəfə olaraq Azərbaycan qazının Suriyaya tədarükünə başlanılıb. Ötən il Azərbaycan qazını alan ölkələrin sayı artaraq 14-ə yüksəlib. Hazırda bu ölkələrin sayı 16-ya çatıb. Belə ki, Avropanın daha iki ölkəsinə - Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb", - hökumət başçısı əlavə edib. Mərahim Nəsib
Mənbə
oxu.az