İqtisadiyyat

Baş nazir hökumətin alternativ enerji ilə bağlı planını açıqladı

13 Mar 2026, 11:58 1 baxış
Baş nazir hökumətin alternativ enerji ilə bağlı planını açıqladı
"2025-ci il ərzində ölkə üzrə 539 km, o cümlədən regionlarda 332 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib, yenidən qurulub və əsaslı təmir olunub, 84 km dəmir yolu xətti yenidən qurulub, 7 dəmir yolu tuneli və körpüsü tikilib və əsaslı təmir olunub". Oxu.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı çıxışında deyib. Hökumət başçısı əlavə edib ki, 2025-ci ildə enerji istehsalı 28.6 milyard kVt/saat təşkil edib, istehlak həcmi isə 24.7 milyard kVt/saata yüksəlib: "Hazırda Hökumətin əsas vəzifəsi enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirmək və enerji sistemimizi gücləndirməkdir. Mövcud planlara görə, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər