Digər

Akopyan keçmiş ərinin təbliğatına başladı

13 Mar 2026, 11:25 2 baxış
Akopyan keçmiş ərinin təbliğatına başladı

Bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyandan ayrılan Anna Akopyan keçmiş həyat yoldaşının təbliğatını aparmağa başlayıb.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.


Nəşr yazıb ki, baş nazirin keçmiş xanımı Armavirdə keçirilən bir ziyafətdə hamının təəccübünə səbəb olub:


“Anna Akopyan masa arxasında yenidən Nikol Paşinyanın lehinə lobbiçilik edib. O deyib ki, nə olur-olsun, ölkəni xilas edə biləcək yeganə insan Paşinyandır.


Mənbələrin məlumatına görə, o elə bir mövqe tutub ki, guya onun Paşinyandan ayrılmasının heç bir əhəmiyyəti yoxdur və uyğun fürsət yaranarsa, yenə də onu dəstəkləməyə hazırdır”.


Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər