İdman
Misli Premyer Liqasında XXIV tura start verilir: Günün oyunları
Bu gün Misli Premyer Liqasında XXIV turuna start verilir. Oxu.Az xəbər verir ki, turun açılış qarşılaşmasında "Araz-Naxçıvan" klubu "Karvan-Yevlax"la üz-üzə gələcək. "Liv Bona Dea Arena"da keçiriləcək matç saat 18:30-da başlayacaq. Günün digər qarşılaşmasında isə "Sumqayıt" "Şamaxı"nı qəbul edəcək. Saat 20:30-da start götürəcək görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq. Qeyd edək ki, "Araz-Naxçıvan" 33 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. "Karvan-Yevlax" isə səkkiz xalla sonuncudur. "Sumqayıt" 32 xalla altıncı, 27 xala malik "Şamaxı" isə səkkizincidir. Misli Premyer Liqası XXIV tur 13 mart 18:30. "Araz-Naxçıvan" - "Karvan-Yevlax" Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov VAR: Elvin Bayramov AVAR: İnqilab Məmmədov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Eldəniz Musayev "Liv Bona Dea Arena". 20:30. "Sumqayıt" - "Şamaxı" Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov VAR: Əli Əliyev AVAR: Vüsal Məmmədov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Emin Cəfərov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Mənbə
oxu.az