İdman

UEFA Avropa Liqası: "Lion" səfərdə heç-heçə etdi, "Nottingem Forest" evdə uduzdu - VİDEO

13 Mar 2026, 02:04 1 baxış
UEFA Avropa Liqası: "Lion" səfərdə heç-heçə etdi, "Nottingem Forest" evdə uduzdu - VİDEO
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Oxu.Az xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından biri İspaniyada baş tutub Burada yerli "Selta Viqo" "Lion" (Fransa) klubunu qəbul edib. Matçda qollu heç-heçə qeydə alınıb - 1:1. "Fənərbağça"nı turnirdən uzaqlaşdıran "Nottingem Forest" (İngiltərə) evdə "Midtyulland" (Danimarka) klubunu sınağa çəkib. Qonaqlar sürprizə imza ataraq səfərdən qələbə ilə qayıdırlar - 0:1.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Bolonya" (İtaliya) - "Roma" (İtaliya) - 1:1; "Lill" (Fransa) - "Aston Villa" (İngiltərə) - 0:1; "Panatinaikos" (Yunanıstan) - "Real Betis" (İspaniya) - 1:0; "Ştutqart" (Almaniya) - "Portu" (Portuqaliya) - 1:2; "Ferentsvaroş" (Macarıstan) - "Braqa" (Portuqaliya) - 2:0; "Genk" (Belçika) - "Frayburq" (Almaniya) - 1:0.
Mənbə oxu.az

Oxşar Xəbərlər