İdman
UEFA Konfrans Liqası: "Fiorentina"dan qalibiyyət, "Kristal Pelas"dan heç-heçə
UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Oxu.Az xəbər verir ki, tur çərçivəsində İtaliya A Seriyasının turnir cədvəlində son pillələrdə qərarlaşan "Fiorentina" Polşa təmsilçisi "Rakuv"u qəbul edib. Görüş florensiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmalardan biri də "Kristal Pelas" (İngiltərə) - "AEK Larnaka" (Kipr) klubları arasında baş tutub. Tərəflərin səylərinə baxmayaraq, matçda qol səsi eşidilməyib. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "AZ Alkmaar" (Niderland) - "Sparta" (Çexiya) - 2:1; "Lex" (Polşa) - "Şaxtyor Donetsk" (Ukrayna) - 1:3; "Riyeka" (Xorvatiya) - "Strasburq" (Fransa) - 1:2; "Samsunspor" (Türkiyə) - "Rayo Valyekano" (İspaniya) - 1:3; "Selye" (Sloveniya) - AEK (Yunanıstan) - 0:4.
Mənbə
oxu.az