İdman
UEFA Avropa Liqası: "Roma" heç-heçəyə razılaşdı, "Aston Villa" qələbə qazandı
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarına start verilib. Oxu.Az xəbər verir ki, turun maraqlı görüşlərindən biri İtaliyanın iki təmsilçisi - "Bolonya" və "Roma" komandaları arasında baş tutub. Matç qollu heç-heçə ilə yekunlaşıb - 1:1. Ev sahiblərindən Federiko Bernarderski, qonaqlaran isə Lorentso Pelleqrini fərqlənib. Turnirin qalibi olmağa iddialı olan "Lill" (Fransa) və "Aston Villa" (İngiltərə) komandalarının görüşünün taleyini bir qol müəyyənləşdirib - 0:1. Olli Uotkins qonaqlara minimal hesablı qələbə qazandırıb. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Panatinaikos" (Yunanıstan) - "Real Betis" (İspaniya) - 1:0; "Ştutqart" (Almaniya) - "Portu" (Portuqaliya) - 1:2.
Mənbə
oxu.az